<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>419</hymn_number>
<title>Ey imanlı qardaşlar, imanlı bacılar İL419</title>
<lyrics>[V1]
 Ey imanlı qardaşlar, imanlı bacılar,
 Məsihin Qanıyla satın alınanlar,
 Dünya əzabından azad olanlar,
 Qaldırın əlləri Göylərə tərəf,
 Diləyin Allahdan bir təmiz ürək.

[C1]
   Allaha bağlayın ürəyinizi,
   Allahdan diləyin diləyinizi,
   Halallıqla yeyin çörəyinizi,
   Amin deyək, alqış deyək, mədh edək.

[V2]
 Allahla açılar hər səhərimiz,
 Allahla yox olar qəm, kədərimiz.
 Allahla oturaq, Allahla duraq,
 Allahla yaşayaq, Allahla olaq,
 Diləyək Allahdan bir təmiz ürək.</lyrics>
</song>